16 C
Baku
Monday, May 6, 2024

Azərbaycanda bir gündə lotoreyada 3 ən böyük “Cek Pot” uduldu – Məbləğlər

Mart ayının 17-də  İqtisadiyyat Nazirliyinə məxsus “Azərlotereya” ASC-nin təşkil etdiyi lotereyalarda 3 böyük Cek Pot udulub.

Banker.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilib.

Belə ki, “Qızıl” ani lotereyasında “Şans ulduzu” ani lotereyasında böyük uduş 50.000 manatı Beyləqan sakini Elşən Məmmədəliyev, “Qızıl” ani lotereyasında böyük uduş 25.000 manat Qəbələ rayonunda Qərib Hüsənova və Füzuli rayonunda Mahir Qarayevə, Brilliant” ani lotereyasında böyük uduş – 100.000 manat Şamaxıda Elçin Qədimov qazanıb.

Qeyd edək ki, “Azərlotereya” ASC-nin ani lotereyaları “Qızıl”, “Şans ulduzu” və “Brilliant” böyük uduşların məbləğlərinə görə fərqlənirlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər