20 C
Baku
Saturday, September 28, 2024

Azərbaycanda bir həftəlik repo faizləri yenidən maksimuma qalxıb

Azərbaycanda bir həftəlik repo faizləri indeks Bakı Fond Birjasında işə düşdükdən sonra maksimum həddə yüksəlib.

Banker.az BFB-yə istinadən xəbər verir ki, 27 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında nominal üzrə ümumi məbləği 435.64 milyon manat, repo faiz dərəcəsi 4.00%-8.75% təşkil edən bağlanılmış 48 repo əqdi üzrə bütün əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 1D AINAAO (1-3 gün) üzrə 4.09%, 1W AINAAO (6-8 gün) üzrə 8.28% təşkil edib.

26 oktyabr 2023-cü il tarixində BFB-də repo istinad faiz indeksi 1D AINAAO (1-3gün) üzrə 4.17% , 1W AINAAO (6-8 gün) üzrə 7.41% idi.

Bir həftəlik repo faizləri 11 oktyabrda 8.22% olmaqla ən yüksək səviyyəyə yüksəlmişdi.

2342342343242

Son xəbərlər
Digər xəbərlər