Hesabat ayında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış
malların dəyəri əvvəlki ilin eyni ayı ilə müqayisədə real ifadədə 3,5 faiz artaraq ümumi
pərakəndə ticarət dövriyyəsinin 99,8 faizini təşkil edib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2023-cü ilin yanvar ayı ilə müqayisədə 2024-cü ilin yanvar ayında pərakəndə ticarət
dövriyyəsi real ifadədə müəssisələr üzrə 2,6 faiz, fərdi sahibkarlar üzrə 4,2 faiz, bazar və
yarmarkalarda 2,7 faiz artıb.
Hesabat ayında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla 441,3
manatlıq, o cümlədən 242,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 199,0
manatlıq qeyri-ərzaq malları alıb.