Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta fəaliyyəti üçün 8 yeni lisenziyanın verilməsi imkanlarını nəzərdən keçirir. Bu barədə Palatadan bildiriblər.
Bundan başqa, hazırda Palata müxtəlif sığorta növləri üzrə xidmətlərin göstərilməsi üçün icazə verilməsi məqsədilə 6 sorğunu nəzərdən keçirir.
Nəzarət Palatası sığorta agentlərinin fəaliyyətini həyata keçirən 1 hüquqi və 131 fiziki şəxsin lisenziyasını hesabatlılığın təqdim edilməməsi səbəbindən dayandırıb. Qüsurları aradan qaldırmayan daha 40 sığorta agentinin lisenziyası geri çağırılıb və bu səbəbdən onların fəaliyyəti üçün lisenziya dayandırılıb.
Trend