7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda bir sıra ölkələrdən idxala məhdudiyyət qoyuldu – Siyahı

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, Malayziyanın Perlis, Perak, Saravak və Kedah ştatlarında dabaq, Bolqarıstanın Pleven vilayətində, Fransanın Overn-Rona-Alplar regionunda, Kanadanın Manitoba və Nyu-Brunsvik əyalətlərində və İslandiyanın Südürland regionunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Banker.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Malayziyanın müvafiq ştatlarından diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın  idxalına, həmçinin tranzit daşınmasına, Bolqarıstanın Pleven vilayətindən, Fransanın Overn-Rona-Alplar regionundan, Kanadanın müvafiq əyalətlərindən və İslandiyanın Südürland regionundan diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə bu ölkələrdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Son xəbərlər
Digər xəbərlər