5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda bir sıra vergi bəyannamələrinin tərtib olunması qaydaları təsdiqlənib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Məcəlləsinə əlavə və dəyişikliklərlə əlaqədar bəzi bəyannamə formalarını, həmin bəyannamələrə əlavələrin formalarını və tərtib olunması qaydalarında müvafiq dəyişiklikləri təsdiq edilib.

Yeni bəyannamə formaları aşağıdakılardır:

“Əlavə dəyər vergisinin bəyannaməsinə Əlavə №5”in forması və onun tərtib edilməsi Qaydası;

“Mənfəət vergisinin bəyannaməsinə Əlavə №5”in forması və onun və tərtib edilməsi Qaydası;

“Gəlir vergisi bəyannaməsinə Əlavə №3”ün forması və onun tərtib edilməsi Qaydası;

“Sadələşdirilmiş verginin bəyannaməsi”nin forması və tərtib edilməsi Qaydası;

“Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” və onun tərtib edilməsi Qaydası.

Müvafiq bəyannamələrin formaları və tərtib edilməsi qaydaları haqqında əvvəlki illərdə təsdiqlənmiş sənədlər ləğv olunub.

Bəyannamə (hesabat) formaları və doldurulma qaydaları ilə bu link vasitəsilə tanış olmaq mümkündür.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər