Dövlət Gömrük Komitəsi (DGK) ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ölkədə sahibkarlığın inkişafına birgə dəstəklə bağlı razılığa gəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Bu gün Dövlət Gömrük Komitəsi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.
Memorandumu komitənin sədri Səfər Mehdiyev və agentliyin rəhbəri Orxan Məmmədov imzalayıb.
“Memorandumun məqsədi sahibkarlığın inkişafına dəstək, idxal-ixrac əməliyyatlarında təcrübənin bölüşməsi, fəaliyyətin asanlaşdırılmasıdır”, – deyə məlumatda bildirilir.