19 C
Baku
Sunday, April 28, 2024

Azərbaycanda BOKT-a məxsus binalar satışa çıxarılır

Banker.az xəbər verir ki, hərrac Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcəkdir.

Hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər:
– Hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
– Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;
– Hərraclarda iştirak etmək üçün sənədlər hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə o özünün hərracda iştirak etmək istəyən şəxsin adından hərəkət etmək hüququnu təsdiq edən sənəd (etibarnamə) təqdim etməlidir;
– “AqrarKredit” QSC BOKT-un hesabına behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti.

Sıra № Əmlakın növü Ünvanı Daşınmaz əmlakın ümumi sahəsi (kv.m) Torpaq sahəsinin ölçüsü (hektarla) Start qiyməti (manatla) 5% beh (manatla)
1 Qeyri-yaşayış sahəsi Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi,1, “Uğur-4” yaşayış kompleksi 299.9 450000 22500
2 Qeyri-yaşayış sahəsi Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, “Uğur-4” yaşayış kompleksi, Bina 1 367.2 320000 16000
3 Qeyri-yaşayış sahəsi Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, “Uğur-4” yaşayış kompleksi, Bina 1 582.9 550000 27500
4 Qeyri-yaşayış sahəsi Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, “Uğur-4” yaşayış kompleksi, Bina 1 615.9 740000 37000
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər