Mərkəzi Bankın təqdim etdiyi məlumata görə 2020-ci il noyabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 14785,9 milyon manat təşkil edib.
Banker.az xəbər verir ki, ümumi kredit portfelinin 12327,9 milyon manatı və ya 83,4 faizi uzunmüddətli kreditlərin payına düşüb.
Kreditlərin 97.5 faizi banklar, 2.5 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilmişdir. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 006.5 milyon manat olmuş və ümumi kredit portfelinin 6.8 faizini təşkil edib.
2019-cu ilin müvafiq dövründə isə kreditlərin 97.4 faizi banklar, 2.6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilmişdir.
Belə ki, bankların kredit qoyuluşunda payı artıb, BOKT-ların isə isə azalıb.