26 C
Baku
Saturday, April 27, 2024

Azərbaycanda BOKT-nin rəhbərliyinə yeni təyinat olub

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı (BOKT) MMC-nin rəhbərliyinə yeni təyinat olub.

Meral Kürdaş “FINCA Azerbaijan”ın Müşahidə Şurasına üzv təyin edilib.

Meral Kürdaş, həmçinin 01 Fevral 2023-cü ildən “FİNCA Azerbaijan”ın Direktorlar Şurasının üzvüdür. O, paralel olaraq Türkiyənin ən böyük səhiyyə qrupu olan Medical Park Group, ən böyük qida şirkəti Banvit/BRF və Türkiyənin aparıcı mebel şirkəti Koleksiyon Mobilya-da müstəqil idarə heyəti üzvü və risk komitəsinin rəhbəri kimi fəaliyyət göstərir.

Qeyd edək ki, “Finca Azərbaycan” 1998-ci ildə yaradılıb. Mikromaliyyə təşkilatı nizamnamə kapitalının 100%-i Niderland Krallığında qeydiyyatdan keçmiş “Finca Microfinance Cooperatief U.A” şirkətinə məxsusdur.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər