“Azmikroinvest” Bank Olmayan Kredit Təşkilatı (BOKT) nizamnamə kapitalını 2,9% azaldıb.
BOKT-dan daxil olan məlumata görə, təsisçilərin 16 avqust 2022-ci il tarixli qərarı ilə MMC nizamnamə kapitalını 50 min manat məbləğində azaldıb. BOKT-un nizamnamə kapitalı 1 milyon 650 min manat məbləğində müəyyən edilib.
Xatırladaq ki, “Azmikroinvest” 2014-cü ildə yaradılıb. BOKT-un təsisçisi 100% İlqar Əhmədzadədir.