2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda bu dövlət rüsumu ləğv edildi – Prezident təsdiqlədi

Azərbaycanda hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsi üçün dövlət rüsumu ləğv edilir.

Bu barədə Azərbaycan Prezidentinin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edilməsi barədə Qanunda göstərilib.

Yeni dəyişiklikdə adıçəkilən qanunun 2.0.21-ci, 33-3-cü və 33-4-cü maddələri ləğv edillib.

Qeyd edək ki, mövcud qanuna görə, Milli Arxiv İdarəsi tərəfindən hüquqi şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin 3 iş günü ərzində verilməsinə görə 20 manat, 5 iş günü ərzində verilməsinə görə 10 manat rüsum hesablanırdı.

Bundan əlavə eyni xidmətlər fiziki şəxslərə 3 gün ərzində göstərildikdə 10 manat, 5 gün ərzində göstərildikdə isə 5 manat rüsum ödənilirdi. Daha uzun müddətə göstərilən xidmət üçün isə heç bir rüsum tələbi yoxdur.

Son xəbərlər
Digər xəbərlər