2020-ci ilin birinci yarımili ərzində ölkədə 84,8 min yeni iş yerləri açılıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu dövrdə yaradılmış iş yerlərinin 44,6 faizi qeyri-dövlət sektorunda açılmışdır. Yeni iş yerlərinin 71,8 faizi Bakı şəhərinin, 0,8 faizi Naxçıvan Muxtar Respublikasının, 27,4 faizi digər regionların, o cümlədən 8,2 faizi Aran, 6,6 faizi Lənkəran, 4,2 faizi Gəncə-Qazax, 2,2 faizi Dağlıq Şirvan, 2,0 faizi Abşeron, 1,8 faizi Yuxarı Qarabağ, 1,3 faizi Şəki-Zaqatala, 0,9 faizi Quba-Xaçmaz, 0,2 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşmüşdür.
Yeni açılmış iş yerlərinin 4,3 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 76,0 faizi mövcud müəssisə və təşkilatlarda, 0,3 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 19,4 faizi isə digər tədbirlər üzrə yaradılmışdır.
Bununla yanaşı, 2020-ci ilin birinci yarımili ərzində ölkədə 5,9 min iş yeri bağlanmışdır. Bu dövrdə bağlanmış iş yerlərinin 61,3 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. İş yerlərinin 42,3 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 57,7 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanmışdır.