18 C
Baku
Saturday, May 4, 2024

Azərbaycanda bu il taksilər 37 milyondan çox sərnişin daşıyıb

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 60.8 milyon ton yük, 781.1 milyon sərnişin daşınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4.8 faiz və 17.3 faiz artım qeydə alınıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Sərnişinlərin 95.2 faizi avtobus, 4.8 faizi isə minik taksilərinin xidmətlərindən istifadə etmişdir. Yük dövriyyəsi 4.1 faiz, sərnişin dövriyyəsi isə 17.5 faiz artıb.

2023-cü ilin yanvar-iyun aylarında taksi ilə 37 302,1 min nəfər sərnişin daşınıb. Əvvəlki ildə bu göstərici 37 264,8 min nəfər olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər