9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda bu qaydalar dəyişdi – Əli Əsədovdan QƏRAR

Nazirlər Kabineti 10 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması Qaydası”nda dəyişiklik edib.

Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bu Qaydanın məqsədləri üçün vergi inzibatçılığı dedikdə vergilərin dövlət büdcəsinə tam və vaxtında yığılmasını təmin etmək məqsədilə vergi orqanları tərəfindən uçot və hesabat məlumatlarının yoxlanılması, vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlbetmə, vergilər üzrə borcların alınması və artıq ödənilmiş vergilərin qaytarılması ilə bağlı həyata keçirilən tədbirlər başa düşülür.

Vergi inzibatçılığının təkmilləşdirilməsi ilə əlaqədar gözlənilən əlavə daxilolmaları (azalmalar) beynəlxalq təcrübə nəzərə alınmaqla, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi hər il protokolla təsdiq edərək proqnozlaşdırır.

“Dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılmasının daha da təkmilləşdirilməsi üçün bir sıra dünya ölkələrinin mövcud təcrübələri nəzərə alınaraq əlavələr edilibr. Hər bir tədiyə növü üzrə daxilolmaların hesablanması üçün metodlar ətraflı təsvir edilib, həmçinin Vergi Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulan əlavə və dəyişikliklərin qiymətləndirilməsi ilə əlaqədar gözlənilən əlavə daxilolmaların dövlət büdcəsinin gəlirlərinin proqnozunda nəzərə alınması barədə müddəalar öz əksini tapıb”, – deyə Nazirlər Kabinetinin açıqlamasında qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər