13 C
Baku
Tuesday, May 7, 2024

Azərbaycanda bu səlahiyətlər Dövlət Gömrük Komitəsindən alınıb, nazirliyə verildi

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) beynəlxalq avtomobil daşımalarının tənzimlənməsi və nəzarəti ilə bağlı bəzi səlahiyətləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib.

Banker.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 1997-ci il 10 yanvar tarixli 6 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin qərarında göstərilib.

Bu məqsədlə Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında əsasnamənin 3-cü bəndi dəyişdirilib. Bununla da gömrük sərhəd buraxılış məntəqələrində də xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri ilə həyata keçirilən beynəlxalq avtomobil daşımalarının tənzimlənməsini və nəzarəti səlahiyyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ötürülüb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər