8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda bu şəxslərə də hərbi xidmətdən möhlət veriləcək

Azərbaycanda doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən möhlət veriləcək.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən 3 ay möhlət veriləcək.

Qanuna dəyişiklik ikinci oxunuşda səsverməyə qoyularaq qəbul edilib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər