İyulun 22-də “AY-ATA” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Gündəlikdəki məsələlər: cəmiyyətin illik balansının müzakirəsi və təsdiqi (zərər və mənfəətin bölüşdürülməsi); cəmiyyətin təşkilatı-hüquqi formasının dəyişdirilərək qapalı səhmdar cəmiyyətinə çevrilməsi; 2020-ci və 2021-ci illərin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatı; təşkilati məsələ (direktorlar şurasının, idarə heyətinin və təftiş komissiyasının tərkibinə baxılması); sair məsələlər. Yığıncaq cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Nəvai küçəsi, 5 ünvanda keçiriləcək. Səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla səhmdarlar yığıncağın keçirilməsinə 2 saat qalmış cəmiyyətin yerləşdiyi hüquqi ünvanda tanış ola bilərlər.
Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi yığıncağına dair məlumatlar “Azərbaycan Fermeri” qəzetində mütəmadi olaraq dərc edilir.