24 yanvar 2023-cü il saat 11.00-da “Bakı Polad Burazlar” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı Bakı şəhəri, Araz küçəsi 8 nömrəli ünvanda (“Ulduz” metro stansiyasının yaxınlığı) keçiriləcək.
Ümumi yığıncağın gündəliyi:
- Cəmiyyətin səhmdarları tərəfindən borc vəsaitinin cəlb olunması.
- Əlavə səhm emissiyası.
Növbədənkənar ümumi yığıncağın gündəliyinin materialları ilə aşağıdakı ünvana və telefon nömrəsinə müraciət etməklə tanış olmaq mümkündür.
“Bakı Polad Burazlar” ASC tros istehsalı ilə məşğuldur. 2020-ci ildə 123.32 min, 2021-ci ili 70.99 min manat zərər ilə başa vurub. Şirkətin 68 066 manat nizamnamə kapitalı var.