Azərbaycan Mərkəzi Bankı 2 aprel 2026-cı il tarixli qərarı ilə faiz dəhlizini dəyişməz saxlayaraq, əvvəlki faiz endirimlərindən sonra gözləmə mövqeyinə keçməsini inflyasiya risklərinin artması və qlobal qeyri-müəyyənliklə əsaslandırıb.
Banker.az xəbər verir ki, Mərkəzi Bank bu gün faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb. Beləliklə, Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, yuxarı həddi isə 7.5% səviyyəsində saxlanlıb. Bu da Banker.az analtiklərinin ötən gün verdiyi proqnozla üst-üstə düşməsi deməkdir.
Bu gün verilən qərar, iki ay öncəki (4 fevral 2026-cı il) iclası ilə müqayisəsi göstərir ümumi tonu daha ehtiyatlı və sərtləşmə istiqamətində dəyişib. İlk iclasda inflyasiya ilə bağlı AMB daha pozitiv görünürdü.
Fevral iclasında vurğulanan əsas məqam inflyasiyanın hədəf daxilində qalması və son aylarda azalma meylinin müşahidə olunması idisə, aprel qərarında inflyasiyanın hələ də hədəf daxilində olduğu qeyd edilsə də, artıq qiymət artımlarının daha çox “xarici mənşəli xərc amillərinin təsiri altında formalaşdığı” xüsusi olaraq vurğulanır. Eyni zamanda, baza inflyasiyanın 4.8%-dən 5.6%-ə yüksəlməsi fonunda inflyasiyanın daha davamlı komponentinə dair risklərə diqqət artırılıb.
Qeyd kimi bildirək ki, 28 fevraldan başlayaraq İran və ABŞ-İsrail cütlüyü arasında müharibə başlayıb. Qeyd edilən müharibə nəinki bu üç ölkə, ətrafında olan ölkələr, xüsusi ilə neft daşınmasının 20% ətrafında təmin edən Hörmüz keçidinin dayanmasına səbəb olub. Bu da neftin dünya bazarına çıxarılması üçün əsas əngəl hesab edilir. Mərkəzi Bankın tonundakı bu dəyişiklik başa düşüləndir. Belə ki, bütün bu proqnozlar qeyd edilən müharibədən əvvəl verilib. AMB yerli mediaya bildirib ki, bu şəraitdə idxal inflyasiyasının artması ehtimalı diqqət mərkəzindədir və neft-qaz qiymətləri üzrə dəqiq proqnoz vermək çətindir. Bu, əsasən münaqişənin inkişaf istiqamətindən asılı olacaq.
Fevralda 2026-cı il üzrə inflyasiya proqnozunun “azaldılma istiqamətində dəyişdirildiyi” bildirildiyi halda, aprel mətnində “inflyasiya proqnozunun artma istiqamətində dəyişdirilməsi ehtimalı” qeyd olunur. Bu, Mərkəzi Bankın gözləntilərində dönüş siqnalı kimi qiymətləndirilə bilər.
Risk balansına yanaşma da dəyişib. Fevral iclasında “əhəmiyyətli dəyişiklik baş vermədiyi” vurğulanırdısa, aprel qərarında “inflyasiya riskləri balansına artırıcı təsir göstərə bilən amillərin aktivləşməsi” qeyd olunur. Xüsusilə regionda geosiyasi gərginliyin “kəskin fazaya keçməsi”, enerji və logistika xərclərinin artımı kimi faktorlar daha qabarıq şəkildə ön plana çıxarılıb.
Bununla yanaşı, son qərarda əlavə olaraq “inflyasiya proqnozunun hədəfdən çıxması riski yarandığı təqdirdə adekvat siyasət addımları atılacaqdır” ifadəsi yer alır. Bu cümlə əvvəlki bəyanatda yox idi.
AMB-nin baza ssenarisi üzrə 2026-cı ilin fevral proqnozlarına görə illik inflyasiyanın 2026-cı ildə 5.5%, 2027-ci ildə isə 4.0% olacağı gözlənilirdi və bu iclasda da dəyməz qaldı. Halbuki, oktyabrda bu proqnoza görə 2026-cı ildə inflyasiyanın 5.7% olacağı gözlənildirdi.
Tənzimləyici deyib ki, hazırda illik inflyasiya “hədəf daxilindədir”. Hədəf isə 2%-6% daxilində götürlür.
Qeyd edək ki, 2026-cı ilin fevralında 12 aylıq inflyasiya 5.7% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.8%, ödənişli xidmətlər üzrə 5.7%, qeyri-qida məhsulları üzrə isə 3.7% təşkil edib. İllik baza inflyasiya 5.6% olub.
“Müşahidə olunan inflyasiya, əsasən xarici mənşəli xərc amillərinin təsiri altında formalaşır”- deyə bildirilir.







