Azərbaycanda çəkisi 400 qram olan yeni pomidor sortu yetişdirilir.
Bunu açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev deyib.
O bildirib ki, yaradılan 10 yeni pomidor sortu dequstasiya edilib: “Pomidor sortları tam yerli ixtiradır. Sortlar müxtəlif ölçülüdür. Bir neçə sortda pomidorun çəkisi 250-400 qram olur. 3 sort isə eqzotik rəngli xırda pomidordur. Həmin pomidorlar çiyələyə bənzəyir. Digər yeni sortlar isə salxım tipli pomidorlardır. Bu sort pomidorun biri 90-100 qram olur. Hazırda yeni sortlara ad qoyulur. Hazırda müzakirələr gedir. Pomidor sortlarından birinə Azərbaycanın şanlı qələbəsi naminə ad qoymaq istəyirik. Hələlik bununla bağlı müzakirələr aparılır”.
E.Allahverdiyev deyib ki, pomidorlar istixana şəraitində yetişdirilmək üçün nəzərdə tutulub. Gələcəkdə bu sortlar fermerlərə açıq şəraitdə əkilməsi üçün də təqdim oluna bilər.