10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda çay fabrikinin rəhbəri dəyişib

Azərbaycanda təbii qara çay istehsal edən “Astara Çay” MMC-nin rəhbəri dəyişib.

Banker.az-ın əldə etdiyi məlumata əsasən, Kamil Seyfullayev Əli oğlu MMC-nin baş icraçı direktoru təyin edilib.

O bu vəzifədə Emil Məmmədov Akif oğlunu əvəz edib.

E.Məmmədov 2021-ci ilin iyulundan bu vəzifədə idi.

Kamil Seyfullayev isə buna qədər “GBL Group” QSC-də çalışırdı.

“Astara Çay” MMC 2012-ci ildə təsis edilib, 1 565 000 manat nizamnamə kapitalına sahibdir. Şirkət çayla yanaşı təbii düyü istehsalı, feyxoa, portağal və mandarin becərilməsi ilə də məşğuldur. 2015-ci ildən fəaliyyətə başlamış Çay Fabrikində “AzTea” və “Astaraçay” çay markaları istehsal olunur. Çay istehsalı üçün istifadə olunan xammal Azərbaycanın Astara və Lənkəran rayonlarında yerləşən çay plantasiyalarımızdan təmin edilir. Plantasiyalarımızın ümumi sahəsi 450 hektardır.

Son xəbərlər
Digər xəbərlər