Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan ümumi dəyəri 4 milyon 204 min ABŞ dolları dəyərində 555 ton çay ixrac edib.
Dövlət Gömrük Komitəsinin hesabatı görə, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin ilk altı ayında Azərbaycandan ixrac edilən çayın dəyəri 12%, həcmi isə 21.3% azalıb.
Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0.05%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0.36%-ə bərabər olub.
Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 31 milyon 572 min dollar dəyərində 7 min 619 ton çay idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalının dəyəri 15%, həcmi isə 11.2% artıb.
Hesabat dövründə çayın ümumi idxaldakı payı 0.59% təşkil edib.
Göründüyü kimi, cari ilin yanvar-iyun aylarında ölkənin çay idxalı ixracı 14 dəfə üstələyib.