8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda çayın orta qiyməti 11% bahalaşıb

2022-ci ilin oktyabr ayında Azərbaycanda 500 qr çayın orta qiyməti 11.87 manat təşkil edib ki, bu da ötən ilin oktyabr ayı ilə müqayisədə 1.18 manat və ya 11% çoxdur. Cari ilin sentyabr ayı ilə müqayisədə isə oktyabrda orta qiymət 0.71 manat və ya 6.4% artıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, oktyabrda 500 qr yerli çayın orta qiyməti sentyabr ilə müqayisədə 0.79 manat və ya 6.9% artaraq 12.17 manata çatıb. Həmçinin, yerli çayın oktyabrdakı orta qiyməti 2021-ci ilin oktyabr ayı ilə müqayisədə 1.19 manat və ya 10.8% çoxdur.

Komitənin təqdim etdiyi məlumatlara əsasən, idxal olunmuş qara və yaşıl çayın da qiymətində də artım müşahidə olunub. Belə ki, dxal edilmiş çayın orta qiyməti 11.66 manatdır. Belə ki, 500 qram çayın orta qiyməti sentyabr ayı ilə müqayisədə 0.64 manat və ya 5.8%, ötən ilin oktyabr ayı ilə müqayisədə isə müqayisədə 1.16 manat 11.1% artıb.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin 2022-ci ilin yanvar-oktyabr aylarını əhatə edən hesabatına əsasən, Azərbaycan 1 ton çay idxalına 5.2 min dollar xərcləyir.

 

Son xəbərlər
Digər xəbərlər