10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda COVID-19-dan ölüm və sağalma faizi açıqlanıb

“Bu gün Azərbaycanda aşkar olunan koronoviruslu xəstələrin sayı 300 mini keçib. Onların sağalma faizi 92.3 ölüm faktı isə 1.4 faiz təşkil edir. Dünya miqyasında götürəndə ölüm göstəricisi bizdə azdır. Amma buna arxayın olmamalı, qabaqlayıcı tədbirlətrimizi davam etməliyik”.

Bunu Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri Cəlal İsayev deyib.

C.İsayev koronavirusa qarşı mübarizədə hər kəsi diqqətli olmağa çağırıb: “Kimsə özündə virusun cüzi əlamətini hiss edərsə, mütləq müayinə olunmalı, xəstəlik aşkar olunarsa, cəmiyyətdən təcrid olunmalıdır. Ölkəmizdə 3 aydır vaksinasiyaya başlamışıq, amma hələ əhalinin 3.78 faizi vaksinasiya olunub, yəni hər iki vaksin kursunu keçiblər. Doğurudur, dünya maşatabında bu, az rəqəm deyil. Amma bizi qane etmir. Çıxış yolumuz əhalinin vaksinasiya olunmasıdır. Bu istiqamətdə tələbələr də yaxın çevrələrində təbliğatı genişləndirməlidirlər”.

Son xəbərlər
Digər xəbərlər