2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda COVID-19-la bağlı statistik hesabat həftədə bir dəfə veriləcək

Azərbaycanda COVID-19 pandemiyası artıq 4-cü ildir davam edir.

Bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında deyilir.

Qeyd olunub ki, beynəlxalq təcrübəni nəzərə alaraq, növbəti həftədən başlayaraq COVID-19 ilə bağlı statistik hesabat həftədə bir dəfə olmaqla, hər həftənin bazar ertəsi günü ötən həftə ilə bağlı məlumatların cəmi formasında veriləcəkdir.

Gələcəkdə ehtiyac yarandığı halda COVID-19 ilə bağlı statistik hesabat yenidən gündəlik rejimə keçiriləcəkdir.

Son xəbərlər
Digər xəbərlər