6 C
Baku
Wednesday, March 11, 2026

Azərbaycanda çoxuşaqlı ailə anlayışının 5-dən 3-ə endirilməsi təklif edilir

Ölkədə çoxuşaqlı ailə anlayışının 5-dən 3-ə endirilməsi təklif edilir.

Millət vəkili Vüqar Bayramov bildirib ki, bu istiqamətdə təkliflər Milli Məclisin Əmək və sosial siyasət komitəsinə, eyni zamanda, aidiyyəti dövlət qurumuna təqdim olunub.

Deputatın sözlərinə görə, üç və daha çox uşağı olan ailələr üçün həm sosial güzəştlərin tətbiqi, həm də həmin ailələrdə böyüyən uşaqlara göstərilən dövlət dəstəyinin gücləndirilməsi məqsədəuyğundur.

Deputat, həmçinin bu kateqoriyadan olan ailələr üçün erkən pensiya təyinatının tətbiqinin sosial baxımdan vacib olduğunu bildirib. Həmçinin vurğulayıb ki, çoxuşaqlı ailə anlayışı 5-dən 3-ə endirilsə, bu o deməkdir ki, 110 min ailə bu hüquqdan yararlana biləcək.

“Bu həm təbii artımın təşviqinə, həm də həmin ailələrin sosial təminatının daha da gücləndirilməsinə mühüm töhfə verər”,-deyə deputat vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər