Azərbaycanda dərmanların qiyməti bahalaşıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Azərbaycanda dərmanlar 2023-cü ilin yanvar ayı 2022-ci ilin yanvar ayına nisbətən 17.8%, dekabr ayına nisbətən isə 6% bahalaşıb.
Onu da qeyd edək ki, bu ilin yanvarında 324.1 min manat dərmanlar istehsal edilib ki, bu da illik müqayisədə 62.3% artım deməkdir.