Norveçin neft-qaz şirkəti olan “Equinor”un xalis zərəri 2020-ci ilin yanvar-mart aylarında 708 mln. ABŞ dolları təşkil edib.
Ötən ilin I rübünü şirkət 1,71 mlrd. dollarlıq mənfəətlə başa vurmuşdu. Şirkətin maliyyə nəticələrinə əsasən dünya bazarında neftin qiymətlərinin enməsi təsir edib.
Qeyd edək ki, “Equinor” Azərbaycanda da təmsil olunub. Şirkət SOCAR-la “Qarabağ” yatağının işlənməsi və “Əşrəfi-Dan Ulduzu-Aypara” perspektiv sahələrində kəşfiyyat və hasilatın təşkili istiqamətində əməkdaşlıq edirlər. Bununla yanaşı, şirkətlər “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənilməsi layihəsində iştirak payına malikdir (7,27%).