Azərbaycanda dağ-mədən sənayesində beynəlxalq standartlara uyğun laboratoriya yaradılacaq

Azərbaycanda dağ-mədən (metal filizləri) və metallurgiya sənayesində beynəlxalq standartlara uyğun laboratoriyanın yaradılması nəzərdə tutulur.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Sənədə əsasən, müvafiq sahədə beynəlxalq təcrübə nəzərə alınmaqla laboratoriyanın qurulması istiqamətində mövcud vəziyyətin qiymətləndiriləcək və Texniki İqtisadi Əsaslandırma hazırlanacaq.

Beynəlxalq standartlara uyğun laboratoriyanın yaradılması məqsədilə madditexniki bazanın təmin edilməsi və akkreditasiyadan keçiriləcək.

Müvafiq sahədə laboratoriya analizlərinin aparılacaq və xidmətlər göstəriləcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər