6 C
Baku
Monday, December 16, 2024

Azərbaycanda daha 4 bank Ani Ödənişlər Sisteminə (Ani Pay) qoşuldu

“Paşa Bank” ASC, “Muğanbank” ASC“Bank Avrasiya” ASC və “Premium Bank” ASC də müştərilərinin ödəniş kartlarına bağlı olan bank hesablarından AÖS-də istifadəni təmin edən banklar siyahısına qoşulub.

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın açıqlamasında deyilir.

Beləliklə, adıçəkilən bankların müştəriləri üçün də ödəniş kartlarına bağlı olan bank hesablarının “Açıq bankçılıq” prinsipləri əsasında məsafədən qeydiyyatdan keçirilməsi, qeydiyyatdan çıxarılması, habelə hesab qalığı üzrə məlumatların əldə edilməsi və əməliyyatların aparılması üzrə imkanlar yaradılmışdır.

Qeyd edək ki, hazırda 20 bank, “Azərpoçt” MMC və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi AÖS platformasına inteqrasiya olunmuşdur. İstifadəçilər AÖS-ün “AniPay” mobil tətbiqi (Android: http://bit.ly/3b78WQo və IOS: https://apple.co/3hXL17u), habelə bankların sistemə inteqrasiya olunmuş internet və mobil bankçılıq xidmətlərinin “AniPay” funksionallığı bölməsindən istifadə etməklə 24/7/365 rejimində əməliyyatlarını anında həyata keçirə bilərlər. Sistemin əhatə dairəsinin genişləndirilməsi, habelə istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdirilməkdədir.

Xatırlatma

Ani Ödənişlər Sisteminin (AÖS) fiziki şəxslər, biznes strukturları və dövlət orqanları arasında aparılan qarşılıqlı hesablaşmaların 24/7/365 rejimində saniyələr ərzində tam başa çatdırılması imkanının təmin edir.

Son xəbərlər
Digər xəbərlər