Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən daha 4 kredit ittifaqının lisenziyası ləğv olunub.
Banker.az bu barədə Reporta istinad edir.
Bunlar Şəki şəhərindəki “Küngüt”, Gədəbəy rayonundakı “Qoşabulaq”, Füzuli rayonundakı “S.A.F.” və Qəbələ rayonundakı “Vəndam” kredit ittifaqlarıdır.
Son nəticədə ölkədə kredit ittifaqlarının sayı 61-dən 57-yə düşüb.