2 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda daha bir dərmanın istifadəsi qadağan edilib

Azərbaycanda daha bir dərman vasitəsinin istifadəsi qadağan olunub.

Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qərar qəbul edib.

Qərara əsasən, 028361 seriya ilə buraxılmış son istifadə tarixi 05.2023 olan “Fosfalyugel” ticarət adlı aluminium phosphate gel 20%, daxilə qəbul edilən gel 16 q №20 paketlərdə (saşe) dərman vasitəsi geri çağırılıb.

Qeyd edək ki, bundan əvvəl “5-NOK®” ticarət adlı nitroxoline – 50 mg tərkibli örtüklü tabletlər və “Hartil®-D” ticari adlı ramipril / hydrochlorothiazide – 2.5 mg/12.5 mg tərkibli tabletlər də geri çağırılmışdı.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər