Əmlak Məsələləri Dövlət Komitəsi”Azərxalça” Elmi İstehsalat Birliyinin ləğv edilməsi ilə əlaqədar komissiya yaradıb.Komissiya Prezident İlham Əliyevin bu ilin mayın 5-də imzaladığı “Azərxalça” ASC-nin yaradılması haqqında sərəncamına uyğun olaraq təşkil edilib.
Kreditorlar sentyabrın sonuna qədər öz tələblərini Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, Qüllə küçəsi,22 ünvanında irəli sürə bilərlər. Tələblər yazılı, əsaslandırılmış və təsdiqedici sənədləri müraciətə əlavə etməklə təqdim olunmalıdır.
Report