Azərbaycanda daha bir şirkət “PMD Group”a qoşulur

“Foton Əmlak” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinə xitam verilərək “PMD GROUP” MMC-yə  qoşulur.

“PMD GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti “Foton Əmlak” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edir.

“PMD Group” isə “PAŞA Holdinq” MMC-nin törəmə strukturudur.

Xatırladaq ki, 2013-cü ildən etibarən fəaliyyət göstərən “PMD Group” şirkəti aktivlərin idarə olunması, daşınmaz əmlaka investisiya qoyuluşu, otelçilik və əmlakın idarə olunması sahəsində fəaliyyət göstərir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər