11 C
Baku
Tuesday, December 24, 2024

Azərbaycanda daha bir şirkət sığorta brokeri fəaliyyəti üçün lisenziya alıb

Maliyyə Nazirliyi “Odlar Yurdu Sığorta Brokeri” MMC-yə Azərbaycanda sığorta brokeri xidmətlərinin göstərilməsinə lisenziya verib. Bu barədə Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatında qeyd edilir.

“Noyabrın 5-də “Odlar Yurdu Sığorta Brokeri” MMC-yə müddətsiz sığorta brokeri fəaliyyətinə lisenziya verilib”, – deyə məlumatda bildirilir.

“Odlar Yurdu Sığorta Brokeri” MMC Azərbaycanda sığorta brokeri fəaliyyəti üçün lisenziyaya malik olan 8-ci təşkilatdır.

interfax.az

Son xəbərlər
Digər xəbərlər