Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “Delta Capital” MMC-yə valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilib.
Banker.az xəbər verir ki, bu barədə tənzimləyici qurumdan bildirilib.
Beləliklə, ölkədə bu növ lisenziyası olan şirkətlərin sayı “Eliko” MMC ilə birlikdə 2-yə çatıb.
Xatırladaq ki, “Delta Capital” ötən ilin martında yaradılıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Ceyhun Vaqif oğlu Hacılıdır.