7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda daha bir şirkətlər qrupunun vergi borcu olduğu açıqlandı – Məbləğ

“Avrora Qrup”un dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Avrora Qrup”un vergi borcu 5 273 manatdır.

“Avrora Qrup” distributor şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulub. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlayıb.

“Avrora Qrup” hal-hazırda qida sektorunda ölkəmizin ən aparıcı distributor şirkətlərindən biridir. “Avrora Qrup”un portfoliosuna “Danone”, “Ehrman”, “Arla”, “Rolton”, “Hochland”, “Heinz” “Pernod Ricard”, “Diageo”, “Carlsberg”, “Jagermeister”, “Gruppo Campari”, “Brown Forman”, “Bacardi Limited” və s. kimi aparıcı şirkətlər daxildir.

 

Son xəbərlər
Digər xəbərlər