10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda daha iki bank və kredit təşkilatı “Elektron hökumət” portalına qoşulub

“AGBank”, “Rabitabank”ASC və “İnkişaf üçün maliyyə” Bank Olmayan Kredit Təşkilatı “Elektron hökumət” (e-gov.az) portalı vasitəsilə elektron arayışların verilməsinə başlayıb.

Bu barədə Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Layihə banka müraciət edən vətəndaşların şəxsi məlumatlarını vermələri üçün reallaşdırılır.

Xidmətdən istifadə etmək “Vətəndaşların şəxsi məlumatları haqqında elektron arayış” bölməsinin köməyi ilə istifadə etmək mümkündür.

Vətəndaşlar “Elektron hökumət” portalında qeydiyyatdan keçib onu banka göndərməklə özləri haqqında şəxsi məlumatı müstəqil şəkildə formalaşdıra biləcəklər. Elektron arayış hüquqi qüvvəyə malik olacaq və kredit verilməsi üçün sənədlərin bank tərəfindən rəsmiləşdirməsi prosedurunu sadələşdirəcək.

Trend.az

Son xəbərlər
Digər xəbərlər