“Fintrend” MMC bank olmayan kredit təşkilatına (BOKT) yeni direktor təyin edilib.
Bu, Rüfət Cəfərovdur.
O, yeni vəzifəsində Fuad Hacıyevi əvəz edib.
Bundan başqa, “Regional” MMC BOKT-a rəhbərlik edən Fərid Rəhimov vəzifəsindən azad edilib. Onun yerinə Ziya Babayev təyin olunub.
Xatırladaq ki, bu kredit təşkilatlarının hər biri 300 min manatlıq nizamnamə kapitalı ilə 2014-cü ildə fəaliyyətə başlayıb.