19 C
Baku
Friday, May 3, 2024

Azərbaycanda daha iki sənaye müəssisəsi fəaliyyətə başlaya bilər

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi Azərbaycanda metallurgiya sahəsinə dəstək verəcək xammal istehsalı müəssisəsinin, eləcə də Avropanın aparıcı taxta emalı və hazır məhsul istehsalı müəssisəsinin yaradılması ilə bağlı layihələri nəzərdən keçirir.

Bunu jurnalistlərə açıqlamasında Agentliyin İdarə Heyətinin sədri Elşad Nuriyev bildirib.

“Yaxın vaxtlarda sənaye parklarında bir neçə şirkətə rezidentlik statusu veriləcək. Metallurgiyaya dəstək layihəsi birgə müəssisə olacaq, onun məhsulunun əsas hissəsi ixrac olunacaq. Layihələr təsdiqlənsə onlar ya Sumqayıt Kimya Sənaye Parkında, ya da Ağdam Sənaye Parkında yerləşdiriləcək”, – deyə o qeyd edib.

Bundan başqa, E.Nuriyev deyib ki, Ağdam Sənaye Parkında 4-5 müəssisənin inşasının tezliklə yekunlaşdırılması, gələn il onların fəaliyyətə başlaması gözlənilir: “Bunlar əsasən tikinti materialları, ayaqqabı, divar kağızı istehsal edəcək müəssisələrdir. Onların tezliklə açılışı gözlənilir. Eyni zamanda Ağdam Sənaye Parkında infrastruktur işləri də aparılır”.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər