5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda daşınmaz əmlaka kreditlər artıb

Azərbaycanda ev təsərrüfatlarına verilən kreditlərin ümumi həcmi 2017-ci il aprelin 1-nə 5 393,3 mln. manata enib. Bu, aylıq müqayisədə 135,3 mln. manat və ya 2,45%, illik 2 189,9 mln. manat və ya 28,88% azalma deməkdir.

Mənbə bu barədə Azərbyacan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Ev təsərrüfatlarına kreditlərin cəmi kredit qoyuluşunda xüsusi çəkisi aprelin 1-nə 34,7%-ə düşüb. Qeyd edək ki, əvvəlki ayda bu göstərici 34,8%, əvvəlki ilin müvafiq dövründə 38,5% olub.

Hesabat ayında ipoteka krediti də daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına ayrılan kreditlərin həcmində isə artım qeydə alınıb. Bu sahəyə kreditlər martda 25,3 mln. manat və ya 1,49% artaraq aprelin 1-nə 1 721,4 mln. manata yüksəlib. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 187,3 mln. manat və ya 12,21% artım baş verib. Həmçinin, bu kreditlərin cəmi kreditlərdə xüsusi çəkisi də 11,1%-ə yüksəlib. Martın 1-nə həmin kreditlərin xüsusi çəkisi 10,7%, ötən il aprelin 1-nə 7,8% təşkil edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər