17 C
Baku
Friday, May 3, 2024

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası bazarı 60%-dən çox böyüyüb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 58 milyon 921 min manat sığorta haqqı toplanılıb.

Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 60.4% çoxdur. 2022-ci ilin 7 ayında daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 36 milyon 734 min manat təşkil edib.

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 5.3 dəfə artaraq 3 milyon 241 min manat olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər