Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə ötən ilin dekabr ayında 62 mln. 502 min manat sığorta haqqları yığılıb. Sığorta ödənişlərinin həcmi isə 1 mln. 919 min manat olub.
Banker.az-ın Azərbaycan Mərkəzi Bankının təqdim etdiyi statistikaya əsasən apardığı hesablamalara görə, ötən ilin dekabr ayında daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 2020-ci ilin müvafiq dövrünə nisbətən 16 mln. 361 min manat və ya 35.5% artıb. Sığorta ödənişlərinin həcmində isə analoji müqayisədə 1 mln. 946 min manat və ya 50.4% azalma var.