Azərbaycan Mərkəzi Bankının (AMB) uçot dərəcəsini avqsutun 8-dən 2,5 faiz bəndi – 9%-dək artırmasına uyğun olaraq, bundan sonra qurumun keçirəcək depozit hərracında vəsaitlər maksimum 9,49%-lə cəlb ediləcək. Hərrac üzrə faizlərin aşağı həddi isə sabit – 4,01% səviyyəsində saxlanılıb.
Yeni şərtlərlə ilk depozt hərracının avqsutun 8-də keçirilməsi nəzərdə tutulub. Dolayı yolla keçiriləcək hərracda 50 mln. manatın cəlb edilməsi planlaşdırılır.
Report