26 C
Baku
Wednesday, April 24, 2024

Azərbaycanda deputatlarının maaşları 10% artılır – Gündəliyə əlavə edildi

Milli Məclisin mayın 4-də keçiriləcək iclasının gündəliyinə 4 məsələ əlavə edilib.

Bununla gündəlikdəki məsələrin sayı 23 olub. Əlavə olunan məsələlər Ombudsmanın, Konstitutsiya məhkəməsi hakimlərinin, məhkəmə hakimlərinin fəaliyyəti və deputatların statusu ilə bağlı qanunlara dəyişikliklərdir. Layihələrdə Ombudsmanın, qeyd olunan məhkəmə hakimlərinin və deputatların əmək haqlarının 10 faiz artırılması təklif olunur.
(APA İ.A)

Bəs indiki maaşları nə qədərdi?

Qeyd etmək lazımdır ki, bu artım müzakirəsi hələ ötən ilin sonlraından başlayıb. Yerli maliyyə saytı olan “FED.az” bununla bağlı araşdırma aparmışdı.

Araşdırma zamanı məlum olmuşdu ki, Milli Məclisin sədrinin müavini, komissiya və komitə sədri, müavinləri, deputatların vəzifə maaşları Milli Məclisin sədrinin vəzifə maaşına faiz nisbətində müəyyən olunur.

Belə ki, Milli Məclisin sədri 2250 manat miqdarında aylıq vəzifə maaşı alır.

Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi (2025 manat), Milli Məclis sədrinin müavini – 85 faizi (1912 manat), Milli Məclisin komitə və komissiya sədri – 80 faizi (1800 manat), Milli Məclisin komissiya sədrinin müavini – 75 faizi (1687 manat), Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi (1575 manat) miqdarında aylıq vəzifə maaşı alır.

Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar (787-1125 manat arasında).

Milli Məclisin deputatları üçün əlavə hansı təminat və öhdəliklər vardır?

Səlahiyyət müddəti deputatın tam iş stajına daxil edilir və bu müddət bitdikdən sonra işə düzələnədək 1 (bir) il ərzində vəzifə maaşının 80 faizi miqdarında müavinət alır. Milli Məclis tətilə buraxılan zaman deputatlara məzuniyyət verilir və bu müddət ərzində istirahət,müalicə xərclərinin qarşılanması üçün 2 (iki) aylıq vəzifə maaşı miqdarında müavinət alır.

Deputatın mənzil təminatı qanunla tənzimlənir.

Belə ki, Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında mənzili olmayan deputata səlahiyyət müddətində xidməti mənzil, bu mümkün olmadıqda yaşayış xərclərinin ödənilməsi üçün Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi qaydada və məbləğdə pul təminatı verilir. Deputatın daimi yaşadığı yer telefonla təchiz edilir.

Deputatlıq fəaliyyəti ilə əlaqədar olaraq Bakı hüdudlarından kənara gedən deputat nəqliyyat vasitəsi ilə təmin edilir, həmçinin ölkə daxilində dəmiryolu, su, hava, avtomobil nəqliyyat vasitələrindən istifadə üçün sənədləri növbədənkənar əldə etmək hüququna malikdir.

Dövlət deputatın təhlükəsizliyinə zəmanət verir və səlahiyyət müddəti ərzində hərbi toplanış və çağırışdan azad olunur.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər