14 C
Baku
Sunday, May 19, 2024

Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) “digital.azerbaijan” brendi altında rəqəmsal xidmətlərə vahid giriş sistemi – “digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyasını istifadəyə verib.

Bu barədə İRİA-dan bildirilib.

Məlumata görə, bu versiyada “digital.login” vətəndaşların rahat istifadəsi üçün iki əsas funksionallığı təqdim edir. Vətəndaşlar ilk növbədə sistemə inteqrasiya edilmiş 140-dan çox rəqəmsal xidmətdən vahid giriş vasitəsilə istifadə imkanı əldə edirlər. Digər mühüm funksionallıq isə vətəndaşın özü haqqında olan məlumatların qurumlar tərəfindən istifadəsinə razılıq vermə səlahiyyətini idarə edə bilməsidir. Vətəndaşlar “myGov” portalında artıq bu funksiyadan istifadə edə bilirlər.

“digital.login” həlli fiziki şəxslərlə (vətəndaşlar) yanaşı, eyni zamanda, hüquqi şəxslərin də istifadəçi təcrübəsini optimallaşdırır. Vətəndaş tərəfindən razılığın idarə olunması ilə qurumlar vətəndaş razılığı əsasında onlara tələb olunan məlumatları rahatlıqla sorğulamaq imkanı əldə edirlər. “digital.login” vətəndaşların rəqəmsal xidmətlərdən istifadəsi üçün 5 mövcud autentifikasiya, yəni vətəndaşın kimliyinin tanınması üsullarını sadələşdirir və bu prosesi daha təhlükəsiz edir.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər