Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin iyun ayı ərzində satdığı valyutanın həcmini açıqladı.
Məlumata görə, qeyd edilən tarixdə, hərraclarda dollar/manat cütlüyünün orta çəkili məzənnəsi məzənnə 1,7000 olmaqla 439 mmln. ABŞ dolları məbləğində vəsait satılıb. Bu may ayı ilə müqayisədə 36 mln., faizlə ifadədə isə 4% daha çox valyuta satışının həyata keçməsi deməkdir.
Qeyd edək ki, mayda 422,7 mln dollar, apreldə 802,6 mln dollar, martda 647 mln dollar, fevralda 364,1 mln dollar, yanvarda isə 584,8 milyon ABŞ dolları satılmışdı.