-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda dollar, avro və funt sterlinqə artan tələb “orta məzənnəni” artırıb

Azərbaycanda son bir ayda əsas Qərb valyutaları – ABŞ dolları, avro və İngilis funt sterlinqinin mübadilə əməliyyatlarındakı orta məzənnəsi artıb. Bunu Banker.az Azərbaycan Mərkəzi Bankının iyul ayı üzrə açıqladığı statistik bülleteninə istinadən xəbər verir.

İyul ayı ərzində, valyutadəyişmə əməliyyatlarında bir ABŞ dollarının məzənnəsi 1.7008 manat, avro 1.9711 manat, İngilis funt sterlinqi 2.1596 manat və  Rusiya rublu isə 0.0235 manat olmuşdur.

ABŞ dolları son bir ayda cüzi 0.01%, İngilis funt sterlinqi 1.34% və avro 2.53% artıb. Rusiya valyutası isə, əksinə, son bir aylıq 2.89% azalma dinamikası ilə yadda qalıb.

 

Aylar ABŞ dolları           İngilis funt sterlinqi AVRO Rusiya rublu

Orta məzənnə, manat

US $ GBP ₤ EURO € RUR
Yanvar 1.7005 2.2169 1.8842 0.0271
Fevral 1.7007 2.2051 1.8519 0.0263
Mart 1.7020 2.1510 1.9078 0.0232
Aprel 1.7019 2.1249 1.8504 0.0224
May 1.7014 2.1026 1.8619 0.0230
İyun 1.7007 2.1310 1.9225 0.0242
İyul 1.7008 2.1596 1.9711 0.0235

 

Ölkədə son bir ayda Azərbaycanda 149.68 dollar (son bir aylıq dinamika: +3.4%), 0.89 mln. funt sterlinq (+70.8%) və 21 mln. avro (+49.4%) həcmində valyuta banklardan (eləcə də poçt) müştərilərə satılıb.

Aylar ABŞ dolları           İngilis funt sterlinqi AVRO Rusiya rublu
 

Satış (min valyuta vahidi)

  US $ GBP ₤ EURO € RUR
Yanvar 220195.6 3611.22 30801.74 326309.6
Fevral 263471.7 4692.23 42940.64 378284.3
Mart 1163373 3242.84 19766.89 430584.6
Aprel 304070.6 674.85 5250.26 169439.4
May 227815.4 540.11 16002.63 167926.1
İyun 144686.9 521.05 14051.01 168672.5
İyul 149677.5 889.8 20996.16 170105.4

 

Əvəzində isə 95.93 mln. dollar, 0.40 mln. funt sterlinq, 4.87 mln. avro və 1 360.95 mln. rubl həcmində müştərilərdən cəlb edilib.

Belə görünür, banklar dollar və avronu almaqdansa, satmağa üstünlük veriblər. Belə ki, son bir ayda banklar dollar alışını 7.3%   və avronun alışını isə 24.1% azaldıblar.

Aylar ABŞ dolları           İngilis funt sterlinqi AVRO Rusiya rublu

Alış (min valyuta vahidi)

US $ GBP ₤ EURO € RUR
Yanvar 129177.8 2579.29 11673.33 1335231
Fevral 127873.7 2906.6 10275.43 1143898
Mart 86101.55 1267.66 7556.77 953358.9
Aprel 41973.75 156.29 3993.54 545192
May 71194.2 189.26 4732.96 874265.9
İyun 103487.9 359.96 6425.45 1347581
İyul 95934.71 397.44 4874.34 1360945

 

Son xəbərlər
Digər xəbərlər