2019-ci il yanvarın 1-nə əsasən, Azərbaycanda bank və kredit təşkilatlarının cəmi kredit portfelinin 38%-i və yaxud manat ekvivalentində 4 946,7 mln. manatı xarici valyutada olan kreditlərin payına düşüb.
Azərbaycan Mərkəzi Bankına (AMB) hesabatına əsasən, kredit portfelinin dollarlaşma səviyyəsində aylıq müqayisədə 0,8 faiz bəndi artım müşahidə olunub.
Qeyd edək ki, sözügedən nisbət 2018-ci il dekabrın 1-nə 37,2%, 2018-ci ilin əvvəlinə 40,9% olub. 2019-ci il yanvarın 1-nə kredit təşkilatlarının cəmi kredit qoyuluşu 13 020,3 mln. manat təşkil edib. Bunun da 1 585,0 mln. manatını və yaxud 12,2%-ni vaxtı keçmiş kreditlər əhatə edib.
Report